Sabunçuda narkotikə görə 49 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda narkotikə görə 49 nəfər tutulub

12:46 - 04 / 02 / 2023
Sabunçuda narkotikə görə 49 nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.

DİN-dən 1news.az-a verilən məlumata görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
236

Son xəbərlər

Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı, yaralılar var21 / 03 / 2023, 18:06Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib - FOTO21 / 03 / 2023, 17:49Azərbaycan MN: “Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır”21 / 03 / 2023, 17:31Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib - FOTO21 / 03 / 2023, 17:15QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib21 / 03 / 2023, 16:59Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb - YENİLƏNİB21 / 03 / 2023, 16:46Ağ Evdə Novruz - FOTO21 / 03 / 2023, 16:31Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı21 / 03 / 2023, 16:14Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdi21 / 03 / 2023, 15:59Türkiyədə prezidentliyə namizədliyini irəli sürənlərin sayı açıqlandı21 / 03 / 2023, 15:43Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var21 / 03 / 2023, 15:26Hikmət Hacıyevdən Novruz bayramının beynəlxalq səviyyədə tanınması ilə bağlı paylaşım21 / 03 / 2023, 15:18Bu gün Beynəlxalq Meşələr Günüdür21 / 03 / 2023, 15:03ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək21 / 03 / 2023, 14:47BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər21 / 03 / 2023, 14:34DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə İçərişəhərdə konsert layihəsini təqdim edib - FOTO21 / 03 / 2023, 14:26Növbəti “Komando başlanğıc kursu” başa çatıb21 / 03 / 2023, 14:16İcma: “Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb” - BƏYANAT21 / 03 / 2023, 13:59Avstriya - Azərbaycan oyununun hakimləri açıqlanıb21 / 03 / 2023, 13:51Kürdəmirdə aptekə dərman almağa gələn kişi qəfildən ölüb21 / 03 / 2023, 13:37
Bütün xəbərlər

Next TV