Ayxan Hacızadə: Səfirliyin kameraları arasında texniki məsələlərə görə 24 dəqiqə fərq var olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayxan Hacızadə: Səfirliyin kameraları arasında texniki məsələlərə görə 24 dəqiqə fərq var olub

Qafar Ağayev15:24 - 06 / 02 / 2023
Ayxan Hacızadə: Səfirliyin kameraları arasında texniki məsələlərə görə 24 dəqiqə fərq var olub

“Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın Tehrandakı səfirliyinə teror hücumları ilə bağlı əsassız fikirlər səsləndirilir”.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə mətbuat konfransında deyib.

O, bildirib ki, sosial şəbəkələrdə bu əsassız iddiaları səsləndirənlər əsasən səfirliyin müşahidə kamerasısında görürən saatın yanlış olduğunu qeyd edirlər.

“Səfirliyin içərisindəki kamera ilə çölündəki kamerasının vaxtlarında texniki məsələlərlə bağlı 24 dəqiqə fərq olub” .

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər