Qaz qurğularının göstəricilərinə dair tələblər təsdiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaz qurğularının göstəricilərinə dair tələblər təsdiq edilib

Qafar Ağayev12:47 - 07 / 02 / 2023
Qaz qurğularının göstəricilərinə dair tələblər təsdiq edilib

Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər təsdiq edilib.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət

göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna nəzarət Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

Bu sənəddə istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər