Azərbaycan xilasediciləri 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan xilasediciləri 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

Qafar Ağayev13:48 - 08 / 02 / 2023
Azərbaycan xilasediciləri 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

1news.az xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər