Göyçayda kişi pilləkəndən yıxılaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda kişi pilləkəndən yıxılaraq öldü

17:18 - 08 / 02 / 2023
Göyçayda kişi pilləkəndən yıxılaraq öldü

Göyçay şəhərinin Abdulla Farux küçəsində kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1news.az Report-a istinadla xəbər verir ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb.

Nəticədə betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu araşdırma aparır.

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər