FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb

08:42 - 08 / 02 / 2023
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb

​​​​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər