Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib
![Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib](/images/2023/02/08/20230208093505920/thumb.jpg?2023-02-08+09%3A35%3A43)
Fevralın 8-də saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan 1news.az-a bildirilib ki, ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
347