Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılan yerin ünvanı dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılan yerin ünvanı dəyişib

Qafar Ağayev10:53 - 08 / 02 / 2023
Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılan yerin ünvanı dəyişib

Bakı şəhərində Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlər üçün yardımların toplandığı ünvan dəyişib.

1news.az xəbər verir ki, yardımlar bu gündən Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyə Kahraman Maraş Vilayətində 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ Türkiyənin 10 vilayətində qeydə alınıb.

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər