Bakıda küləkli havada 3 qadın xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda küləkli havada 3 qadın xəsarət aldı

13:34 - 09 / 02 / 2023
Bakıda küləkli havada 3 qadın xəsarət aldı

Küləkli havada xəsarətlər alan 3 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat olaraq bildirilib.

Qeyd edilib ki, Bakıda müşahidə olunan küləkli hava ilə əlaqədar saat 13:00-a qədər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müxtəlif dərəcəli xəsarətlərlə 3 nəfər (qadın) müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

APA

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər