FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

09:06 - 09 / 02 / 2023
FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

1news.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər