FHN xilasediciləri dağıntılar altından yeniyetmələri xilas edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xilasediciləri dağıntılar altından yeniyetmələri xilas edib - VİDEO

13:13 - 10 / 02 / 2023
FHN xilasediciləri dağıntılar altından yeniyetmələri xilas edib - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər