İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib

Qafar Ağayev17:13 - 10 / 02 / 2023
İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib

Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər