Hatayda baş verən zəlzələdə “Anadolu”nun müxbiri və ailə üzvləri həlak olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hatayda baş verən zəlzələdə “Anadolu”nun müxbiri və ailə üzvləri həlak olub - FOTO

09:21 - 10 / 02 / 2023
Hatayda baş verən zəlzələdə “Anadolu”nun müxbiri və ailə üzvləri həlak olub - FOTO

Anadolu Agentliyinin (AA) müxbiri Burak Milli və ailə üzvləri dağıdıcı zəlzələ nəticəsində dünyasını dəyişib.

Bu barədə 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir.

Burak Milli (31 yaş), həyat yoldaşı Ayşen Milli (30 yaş) və 5 aylıq qızları Eylul Lina ölkənin cənubundakı İskəndərun şəhərinin İbrahim Karaoğlanoğlu küçəsində yerləşən evlərinin dağıntıları altında qalıb.

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin cəsədlərini zəlzələdən yalnız dördüncü gündə çıxara biliblər.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər