Bakıda Ukrayna şənbə məktəbi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Ukrayna şənbə məktəbi açılıb

14:16 - 11 / 02 / 2023
Bakıda Ukrayna şənbə məktəbi açılıb

Bakıdakı Ukrayna mərkəzində “Mriya” şənbə məktəbi fəaliyyət göstərməyə başlayıb.

1news.az mərkəzə istinadla xəbər verir ki, uşaqlara şənbə məktəbində Ukrayna dili, tarix, mədəniyyət fənləri tədris olunacaq. Məktəbin yaradılmasından başlıca məqsəd uşaqlara Ukrayna dili, ədəbiyyatı və tarixini öyrətməkdir.

Məktəbə 5-9 yaşlı uşaqlar qəbul olunur.

Xatırladaq ki, 2021-ci ildən bəri Bakıda fəaliyyət göstərən Ukrayna mərkəzi Ukrayna və Azərbaycanın ali məktəblərinin birgə layihələrini həyata keçirir, tələbə mübadiləsi və tədqiqatlar aparır. Bundan başqa, mərkəzin bazasında sərgilər, art-layihələr və tematik görüşlər təşkil olunur.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər