ANAMA zəlzələdən zərərçəkənlərə maddi yardım göstərib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA zəlzələdən zərərçəkənlərə maddi yardım göstərib

15:16 - 11 / 02 / 2023
ANAMA zəlzələdən zərərçəkənlərə maddi yardım göstərib

Azərbaycan Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 000 ABŞ dolları dəyərində maddi yardım göstərib.

Bu barədə 1news.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.

"ANAMA zəlzələ nəticəsində həyatını itirən türkiyəli qardaşlarımıza Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir", - məlumatda vurğulanıb.

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər