Türkiyədə zəlzələdə uçan binalara görə 41 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə zəlzələdə uçan binalara görə 41 nəfər saxlanılıb

17:48 - 11 / 02 / 2023
Türkiyədə zəlzələdə uçan binalara görə 41 nəfər saxlanılıb

Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər