“Azmikroinvest”in rəhbəri şirkətdən ayrılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azmikroinvest”in rəhbəri şirkətdən ayrılıb

15:23 - 13 / 02 / 2023
“Azmikroinvest”in rəhbəri şirkətdən ayrılıb

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri şirkətdən ayrılıb.

1news.az APA-ya istinadla xəbər verir ki, “Azmikroinvest”in İdarə Heyətinin sədri Mansur Talıblı vəzifəsini tərk edib. Hələlik onun yerinə hər hansı təyinat olmayıb.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl isə BOKT-un hüquqşünası vəzifəsini icra etmişdi.

Xatırladaq ki, “Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər