Ötən gün keçirilən sınaq imtahanının nəticələri 2 həftəyə açıqlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün keçirilən sınaq imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

16:30 - 13 / 02 / 2023
Ötən gün keçirilən sınaq imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

Fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, 2023-cü il fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər