Kürdəmir sakinindən silah götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmir sakinindən silah götürülüb

09:46 - 13 / 02 / 2023
Kürdəmir sakinindən silah götürülüb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər