Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb

12:02 - 13 / 02 / 2023
Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilanda 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər