Gömrük Komitəsinə yeni sədr təyin olunan Şahin Bağırov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük Komitəsinə yeni sədr təyin olunan Şahin Bağırov kimdir? - DOSYE

Qafar Ağayev17:54 - 14 / 02 / 2023
Gömrük Komitəsinə yeni sədr təyin olunan Şahin Bağırov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr təyin edilib.

1news.az Şahin Bağırovun dosyesini təqdim edir:

12 yanvar 1965-ci ildə anadan olan Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunub. Prezidentin İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib.

Ş.Bağırov DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Ötən il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

18.07.2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmişdi. DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Ş.Bağırova həvalə edilib.

Paylaş:
2274

Son xəbərlər

Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19
Bütün xəbərlər

Next TV