Nərminə Ramazanova: “İcbari Tibbi Sığortanın Çağrı mərkəzi iki dildə fəaliyyət göstərir”
“2022-ci ilin noyabr ayından başlayaraq “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub”
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində jurnalistlər üçün təşkil edilən"Açıq qapı" günündə Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova xidmətin fəaliyyəti ilə bağlı media nümayəndələrinə açıqlamasında deyib.
“Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir”.
N.Ramazanova deyib ki, Çağrı mərkəzinin hər iki dildə fəaliyyət göstərir.
“Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. 2022-ci ilin noyabr ayından bu günə kimi rus dilində ümumilikdə 1171 müraciət daxil olub və müraciətlər cavablandırılıb”.
Foto: Trend İnformasiya Agentliyi