Rəssamlıq Akademiyasına yeni rektor təyin olunan Natiq Əliyev kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəssamlıq Akademiyasına yeni rektor təyin olunan Natiq Əliyev kimdir? - DOSYE

Ayşən İsmayılova15:36 - 15 / 02 / 2023
Rəssamlıq Akademiyasına yeni rektor təyin olunan Natiq Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

1news.az Natiq Əliyevin dosyesini təqdim edir:

10 Avqust 1958-ci ildə doğulan Natiq Kamal oğlu Əliyev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib.

Onun 1990-cı ildə yaratdığı Əlağa Vahidin abidəsini bir çox məziyyətlərinə görə heykəltəraşlıqda hadisə hesab etmək mümkündür. Belə ki, tutumlu abidənin tək portretlə ifadə olunması və obrazın üzərinin təsvirlərlə örtülməsi Azərbaycan heykəltəraşlığında bu vaxta qədər rast gəlinməyib.

Dahi rumın bəstəkarı Corc Eneskunutunc abidəsinin də müəllifi Natiq Əliyevdir. Natiq Əliyev 2004-cü ildə eks prezident Heydər Əliyevin Kiyevdə abidəsini ucaldıb. O, Şəkinin Kiş kəndində məşhur norveç səyyahı Tur Heyerdalın şərəfinə qoyulmuş tunc heykəlin də müəllifidir.

Memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Onun əsasən 1987-ci ildən sonra yaratdığı bu səpkili əsərləri arasında paytaxtın müxtəlif binalarını bəzəyən Məmməd Səid Ordubadi (1987), Abdulla Şaiq (1988), Xurşudbanu Natəvan (1989), Cəlil Məmmədquluzadə (1992), general-leytenant Hüseyn Rəsulbəyov (1993), Afiyəddin Cəlilov (1994), akademik Lətif İmanov (1995), Şövkət Ələkbərova (1996), İlyas Əfəndiyev (1997), Mirvarid Dilbazi (2004), Əli Tudə (2005), Cabir Novruz (2006), dövlət xadimi Nəsrulla Nəsrullayev (2006), Zeynal Cabbarzadə (2007) ünvanlı xatirə lövhələrini, eləcə də Fəxri Xiyabanda qərarlaşan İlyas Əfəndiyev (1996), Həqiqət Rzayeva (1998), Cabir Novruz (2003), Bəşir Səfəroğlu (2005) və Osman Mirzəyevin (1992) məzarüstü abidələrini qeyd etmək olar.

Natiq Əliyev Sovet dönəmində Respublika Gənclər Mükafatının laureatı (1989) olub. 2000-ci ildə Rəssamlar İttifaqının "Sultan Məhəmməd” mükafatına layiq görülüb. O, heykəltəraşlıq sahəsində qazandığı uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə” mükafatını da (2008) alıb.

Sənət uğurlarına görə 2002-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2005-ci ildə isə Xalq rəssamı fəxri adları verilib. O, 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, akademiyanın "Dostoynomu" medalına layiq görülüb.

Natiq Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, indi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.

Paylaş:
2558

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər