“Türkiyə - tək ürək” kampanyası başa çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Türkiyə - tək ürək” kampanyası başa çatıb - YENİLƏNİB

09:10 - 16 / 02 / 2023
“Türkiyə - tək ürək” kampanyası başa çatıb - YENİLƏNİB

Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi "Türkiyə - tək ürək (#TürkiyeTekYürek) kampaniyası başa çatıb.

Kampaniyada AzTV də iştirak edib.

1news.az Anadolu agentliyinə istinadla xəbər verir ki, kampaniya çərçivəsində toplanan vəsait 115 milyard lirəni keçib.

***

12.02.2023 15:50

Azərbaycan Televiziyası və Azərbaycan Radiosu Türkiyənin və Şimali Kiprin televiziya kanalları və radioları ilə birlikdə ortaq yayım edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil ediləcək.

Bu yayıma AzTV və Azərbaycan Radiosu da qoşularaq öz dəstəyini verəcək, eyni zamanda Azərbaycan xalqına, dünya azərbaycanlılarına zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət ediləcək.

Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) təşəbbüsü ilə ərsəyə gələcək ortaq yayım bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

https://www.facebook.com/watch/?v=600171031923583&extid=CL-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&mibextid=2Rb1fB&ref=sharing

Paylaş:
623

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər