Komandoların taktiki-xüsusi təlimi keçirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Komandoların taktiki-xüsusi təlimi keçirilir - VİDEO

Qafar Ağayev10:06 - 16 / 02 / 2023
Komandoların taktiki-xüsusi təlimi keçirilir - VİDEO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti sığınacaqlarını müəyyən ediblər.

Mühasirəyə alınan şərti düşmənin təxribatının qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib.

Keçirilən təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər