Bakıda “Lexus”u qaçırmaqda şübhəli bilinən usta tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Lexus”u qaçırmaqda şübhəli bilinən usta tutuldu

Qafar Ağayev11:36 - 16 / 02 / 2023
Bakıda “Lexus”u qaçırmaqda şübhəli bilinən usta tutuldu

Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər