Bakıda kişi qadını otelin pəncərəsindən yerə atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi qadını otelin pəncərəsindən yerə atıb

Qafar Ağayev10:26 - 17 / 02 / 2023
Bakıda kişi qadını otelin pəncərəsindən yerə atıb

Bakıda sevgilisi qadını otelin pəncərəsindən yerə atıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər