110 azərbaycanlı xilasedici Kahramanmaraşdan Hataya göndərilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

110 azərbaycanlı xilasedici Kahramanmaraşdan Hataya göndərilib - FOTO - VİDEO

Qafar Ağayev10:59 - 17 / 02 / 2023
110 azərbaycanlı xilasedici Kahramanmaraşdan Hataya göndərilib - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq FHN tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardım barədə ümumiləşdirilmiş məlumat yayılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xilasetmə və tibbi personal

760 nəfər

Xilasetmə iti

8 baş

Mobil səhra hospitalı (7 konteynerlə)

2 ədəd

Xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi

3 ədəd

Çadır (müxtəlif ölçülü)

2630 ədəd

Qızdırıcı

707 ədəd

Çarpayı

540 ədəd

Böyük gücə malik generator

5 ədəd

Ədyal

724 ədəd ədyal, 724 ədəd ədyal üzü

Geyim dəsti

8000 ədəd

Corab (cüt)

20000 ədəd

Masa

650 ədəd

Oturacaq

2000 ədəd

İplik dəsmal

7000 ədəd

və digər ləvazimatlar

Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb.

Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər