Özünə almaq və ya hədiyyə etmək, budur sual - “AirPods 2nd gen” və “AirPods 3rd gen” qulaqlıqlarının icmalı | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünə almaq və ya hədiyyə etmək, budur sual - “AirPods 2nd gen” və “AirPods 3rd gen” qulaqlıqlarının icmalı

12:00 - 17 / 02 / 2023
Özünə almaq və ya hədiyyə etmək, budur sual - “AirPods 2nd gen” və “AirPods 3rd gen” qulaqlıqlarının icmalı

Qulaqlıqlar - "Apple" şirkətinin ən çox satılan aksessuarlarındandır, xüsusilə, bayram mövsümündə.

Bununla belə şirkət məhsullarını hər il yeniləməyə çalışmır: məhsulun bazara çıxma tarixindən asılı olmayaraq özün üçün və ya hədiyyə etmək üçün variant seçmək mümkündür. Hər bir modelin öz pərəstişkarları var, və bu məqalədə "AirPods 2nd gen" və "AirPod 3rd gen" qulaqlıqlarının xüsusiyyətlərini və üstünlüklərini təhlil edəcəyik.

İstənilən qulaqlıqlardan ilk olaraq keyfiyyətli səs gözləyirik. Hər iki model əla dinamikaya malikdir, H1 çipində olan özəllik isə aşağı və yüksək tezliklərin balansını yaratmağa imkan verir. Səs yaxşı dinamika ilə fərqlənir - aydın və dolğundur, baslar həqiqətən dərindir. Qadjetlər bir neçə işi eyni vaxtda yerinə yetirməyə imkan verir: onlar qulaqda rahat oturur və telefonla gündəlik danışıq, sevimli musiqinin dinlənilməsi və səsli mesajların yazılması üçün idealdır. Buna baxmayaraq 2 və 3 nəsillər arasında bəzi əhəmiyyətli funksional fərqlər var.

"AirPods 2nd gen" qulaqlıqlarının icmalı

Əla səs ötürmək xüsusiyyətinə, rahat erqonomik formasına və münasib qiymətinə görə bu qulaqlıqlar dünyada çox tanınmış modeldir. Onlar rahat istifadə üçün bütün əsas xüsusiyyətlərə malikdir. Baxaq, bunlar hansılardır?

"AirPods 2nd gen" - fasiləsiz musiqi dinləmək rejimində 5 saat və danışıq rejimində 3 saat. Şarj üçün qutu isə işləmə müddətini daha 20 saata qədər artırır. Bununla belə cəmi 15 dəqiqə şarj kifayətdir ki, qulaqlıqlar daha 3 saat işləsin. Qutusu qulaqlıqların şarj edildiyini göstərən diod işıqlı indikator ilə təchiz olunub, "Lightning" girişi və simsiz şarj etmək imkanı da var.

Digər əla xüsusiyyətlərdən biri də “Lokator” funksiyası vasitəsi ilə AirPods -un axtarışıdır. Kiçik ölçüsünə görə qulaqlıqları masada və ya çantada tapmaq çətin ola bilər.

"AirPods 2nd gen" qulaqlıqları Apple -ın istənilən cihazlarına asanlıqla qoşulur: şarjın örtüyü açılan kimi qulaqlıqlara qoşulmaq imkanı barədə bildiriş dərhal ekranda görsənir. Sizdə Android sistemidirsə, Bluetooth 5 versiyası sayəsində eyni qaydada sürətli qoşulmaq mümkündür. Eyni anda iki cüt AirPods qoşmaq və dostunla birlikdə kinoya baxmaq, oyun oynamaq və ya canlı konsertdən həzz almaq mümkündür. Sevgilinizlə romantik bayram üçün əla ideyadır.

Siri –ni səslə aktivasiya etmək imkanı var - telefonu cibinizdən çıxarrmadan zənglərə cavab vermək, mahnıları dəyişmək, hətta marşrutu qurmaq mümkündür. Funksiya səs-küylü məkanda belə əla çalışır. İstəyə görə virtual köməkçini səslə deyil, qulaqlığın üzərinə iki dəfə basmaqla aktivasiya etmək olar. Klikləri musiqinin oxumasına, digər mahnıya keçid və ya pauzaya proqlamlaşdırmaq olar.

"AirPods 3rd gen" qulaqlıqların icmalı

"AirPods 3rd gen" qulaqlıqları bir sıra yeni texniki xüsusiyyətlərlə təmin olunub və Apple qadjetlərinin fanatlarının ürəklərini fəth edib.

Qulaqlıqlar 6 saat ərzində fasiləsiz musiqi oxutmağa hazırdır, qutuda şarjdan sonra isə ümumi işləmə müddəti 30 saata qədər təşkil edəcək. Bununla belə ənənəvi olaraq sürətli şarj mümkündür: 5 dəqiqə qulaqlığın işləmə müddətini 1 saata qədər artırır. Keysin özü simsiz şarj aləti ilə və ya MagSafe aksessuarı vasitəsi ilə şarj olunur.

Bu modeldə Apple məkan səsinə və Dolby Atoms-a diqqət ayırıb. Yəni kino və ya video izlədikdə baş hərəkətlərinə reaksiya verən kinematoqrafik səs hissi yaranır. Musiqinin səslənməsini istifadəçiyə uyğunlaşdıran adaptiv ekvalayzer əsas xüsusiyyətlərdəndir.

Ayaqcıqlara yavaşca vurmaqla qulaqlıqları idarə etmək olar - bu sığal çəkməkdən bir qədər rahatdır çünki, təsadüfi basılmadan qoruyur. Musiqini dayandırmaq və ya bərpa etmək, telefon zənglərinə cavab vermək, mahnıları ötürmək və Siri -yə müraciət etmək mümkündür - toxunuşların sayı kifayət qədər tez yadda qalır.

AirPods 3rd gen qulaqlıqları suya davamlıdır: onlarla üzmək olmaz, lakin yağış və tərdən qorunur.

Qulaqlıqları “Lokator” vasitəsi ilə axtarmaq mümkündür – mobil tətbiqdə xəritədə dəqiq yeri görsənir.

Kimə hədiyyə edilməli?

Müasir insanın həyat ritmi qadjetlərdən belə sürət və rahatlıq tələb edir və məhz buna görə simsiz qulaqlıqlar böyük maraq yaradır və bütün bayramlarda ən çox arzu olunan hədiyyədir. Həqiqətən, mükəmməl dizayn və keyfiyyətli səs - Apple aksessuarlarının bizə verəcəyi minimumdur.

Əgər insan qabaqcıl texnologiyaları izləmirsə və yaxşı qiymətə keyfiyyətli audio əldə etmək istəyirsə, AirPods 2nd gen qulaqlıqları - ideal variantdır. Əgər maksimal avtonomiya və əla özəlliklərə üstünlük verilirsə, AirPods 3rd gen qulaqlıqlarını seçmək doğru olar.

Sevdiklərinizə və yaxınlarınıza simsiz qulaqlıqları Apple şirkətinin rəsmi resellerləri olan iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Bytelecom, Soliton -dan əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər