Bakıda xadimə işlədiyi evdən 39 min manat oğurlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xadimə işlədiyi evdən 39 min manat oğurlayıb

12:54 - 17 / 02 / 2023
Bakıda xadimə işlədiyi evdən 39 min manat oğurlayıb

Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun qeyri-aşkar şəritdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər