FHN əməkdaşları ötən gündən Hatay bölhəsində axtarış-xilasetmə əməliyyatlarına başlayıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları ötən gündən Hatay bölhəsində axtarış-xilasetmə əməliyyatlarına başlayıb - FOTO - VİDEO

Qafar Ağayev15:40 - 18 / 02 / 2023
FHN əməkdaşları ötən gündən Hatay bölhəsində axtarış-xilasetmə əməliyyatlarına başlayıb - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-dən 1news.az-a bildirilib ki, bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər