Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - FOTO - VİDEO

Qafar Ağayev10:16 - 18 / 02 / 2023
Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir.

Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb.

Səfərbərlik təminat bazasına gələn Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyət təlimin gedişini izləyiblər.

Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri dinləyib.

Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Paylaş:
424

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər