Qəbələdə evdən kişi meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə evdən kişi meyiti tapılıb

10:45 - 18 / 02 / 2023
Qəbələdə evdən kişi meyiti tapılıb

Ötən gecə saatlarında Qəbələ rayonunun Vəndam qəsəbəsində 1984-cü il təvəllüdlü Ziya İbrahimovun meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, o, həmin ünvanda kirayədə yaşayırmış.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
239

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər