Azərbaycan xilas ediciləri 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan xilas ediciləri 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıb - FOTO - VİDEO

Qafar Ağayev10:42 - 20 / 02 / 2023
Azərbaycan xilas ediciləri 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıb - FOTO - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər