Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

16:44 - 21 / 02 / 2023
Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 145 nəfər müalicə olunaraq sağalıb, 10 105 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Ölkədə son sutka ərzində 1 695, hazırkı dövrədək isə 7 516 142 test aparılıb.

Paylaş:
267

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər