Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkilib

Qafar Ağayev17:25 - 21 / 02 / 2023
Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkib.

Nazirliyin Mətbuat katibi İradə İbrahimova 1news.az-a bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib.

Ölkədə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.

Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər