Xalq artisti Ramiz Novruz vəfat edib

Xalq artisti Ramiz Novruz vəfat edib.
1news.az xəbər verir ki, xalq artisti ötən gün axşam saatlarında vəfat edib.
Qeyd edək ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
410