Sabirabadda itləri güllələyən adam buna etiraz edən qadını hədələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda itləri güllələyən adam buna etiraz edən qadını hədələdi

12:06 - 21 / 02 / 2023
Sabirabadda itləri güllələyən adam buna etiraz edən qadını hədələdi

Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
210

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər