Dünya liderlərinin boyları neçədir? - SİYAHI
Bəlkə də çoxumuza dövlət başçılarının boyları həmişə maraqlı gəlib.
Tədqiqatlar göstərdi ki, seçicilər daha uzun boylu siyasətçilərə meyl edir və onları liderliyə daha uyğun hesab edirlər. Bəzi xarici media orqanları müxtəlif vaxtlarda “Prezidentlərin boyu nə qədərdir?” sualına cavab tapmaq üçün müəyyən araşdırmalar aparıb.
1news.az bəzi xarici mənbələrdən axtarış edərək ən ucaboylu dövlət başçılarının siyahısını dəqiqləşdirməyə çalışıb. Siyahıdakı rəqəmlər Prezidentlər tərəfindən birbaşa deyilmədiyi üçün rəqəmlərdə cüzi yanlışlar ola bilər, lakin ehtimallardan yola çıxaraq, dünyanın ən hündür liderlərinin siyahısını diqqətinizə çatdırmaq istəyirik:
Serblər dünyada Niderlandlardan sonra ən hündür boy ortalamasına sahib xalqdır. Elə təsadüfi də deyil ki, hazırda dünyada yaşayan ən hündür dövlət başçısı Serbiya prezidenti Aleksandr Vuçiçdir. O, 1 m 99 sm boya malikdir.
Siyahımızın ikinci yerini iki dövlət başçısı bölüşür: Rumıniya Prezidenti Klaus Yohannis və Litva Prezidenti Gitanas Nausedanın boyu 192 sm-dir.
Dünyanın ən ucaboylu dövlət rəhbərləri arasında üçüncü yeri 189 sm boyu ilə Suriya prezidenti Bəşər Əsəd tutur.
MDB ölkələri siyahısında İlham Əliyev ən hündür Prezident olaraq bilinir. O, 188 sm boyu ilə dünyanın ən hündür liderləri arasındadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 185 sm boyu ilə ən hündür dövlət başçıları siyahısına daxil olub.
ABŞ prezidenti Cozef Bayden, Polşa prezidenti Anjey Duda və Belarus Prezidenti Aleksandr Lukaşenko eyni hündürlükdə boya sahibdirlər. Məlumata görə, sözügedən hər 3 liderin boyları 182 sm-dir.
Hazırda müharibə aparan iki dövlət Rusiya və Ukrayna dövlər başçıları eyni boya sahibdir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin onların hər ikisinin boyu 1 m 70 sm-dir.