Şagirdlər arasında insidentlə bağlı yayılan görüntülər yeni deyil - VİDEO

Sosial şəbəkələrdə məktəblərin birində şagirdlər arasında insidentlə bağlı görüntülər yayılıb.
Belə ki, şagirdlərdən biri digərinin yanına gedərək onu yumruq zərbələri ilə yerə yıxaraq döyməyə davam edib. Bir müddət sonra isə şagirdləri ayırıblar.
Hadisənin Bakıda yerləşən 27 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Sosial şəbəkələrdə yeni kimi təqdim kimi olunan bu hadisənin 13.01.2023-cü il tarixində məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi arasında tənəffüs zamanı baş verdiyi məlum olub.
1news.az həmin görüntüləri təqdim edir:
532