Azərbaycanın Bern Konvensiyasına əsasən, Ermənistana qarşı iddia proseduru başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Bern Konvensiyasına əsasən, Ermənistana qarşı iddia proseduru başlayıb

13:02 - 23 / 02 / 2023
Azərbaycanın Bern Konvensiyasına əsasən, Ermənistana qarşı iddia proseduru başlayıb

İşğal dövründə ətraf mühitin çirkləndirilməsinə görə, Bern konvensiyasına əsasən, Azərbaycanın Ermənistana qarşı ilk dövlətlərarası iddia proseduru başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Nazir müavini deyib ki, bu, arbitraj prosesidir.

“Hazırda gözlədiyimiz növbəti mərhələ Ermənistan tərəfindən həmin dövləti təmsil edəcək arbitrın müəyyən edilməsi və məhkəmənin formalaşdırılmasıdır. Ekoloji cinayətlərlə bağlı həmin məhkəmədə qiymət veriləcək”, - Elnur Məmmədov qeyd edib.

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər