“Yüksəliş” müsabiqəsinin məqsədi və perspektivləri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub.
Müsabiqə 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. “Yüksəliş” 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yüksəliş" müsabiqəsinin məqsədi və perspektivləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Natiq Əliyev - Dövlət İmtahan Mərkəzinin yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri, "Yüksəliş" müsabiqəsinin eksperti, Könül Paşayeva - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin insan resurslari üzrə şöbə müdiri, "Yüksəliş" müsabiqəsinin eksperti, Elşən Həziyev - Dövlət Neft Fondunun investisiya departamentinin meneceri, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi və Arzu Nağıyeva - Dövlət Turizm Agentliyinin təhsil və təlim sektorunun müdiri, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:


