Masallıda qanunsuz tikilən obyekt sökülüb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda qanunsuz tikilən obyekt sökülüb - FOTO - VİDEO

12:16 - 23 / 02 / 2023
Masallıda qanunsuz tikilən obyekt sökülüb - FOTO - VİDEO

Masallıda qanunsuz tikilmiş obyekt sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Masallı şəhərinin Digah yaşayış massivində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər