Milli Məclisin deputatı Berlində Xocalı soyqrımının anım tədbirdə iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatı Berlində Xocalı soyqrımının anım tədbirdə iştirak edəcək

Qafar Ağayev12:23 - 23 / 02 / 2023
Milli Məclisin deputatı Berlində Xocalı soyqrımının anım tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün fevralın 24-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

1news.az xəbər verir ki, anım mərasiminin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan həqiqətləri diqqətə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər fevralın 26-da başa çatacaq.

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər