Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub - VİDEO

Qafar Ağayev12:52 - 23 / 02 / 2023
Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub - VİDEO

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini ziyarət edib.

1news.az xəbər verir ki, əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək ehtiram nümayiş etdiriblər.

Nümayəndə heyətinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Gürcüstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonra HDQ-nin hərbi hissəsinə gələn gürcüstanlı nümayəndələr burada şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.

Nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olublar. Hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib.

Daha sonra nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra birgə xatirə şəkili çəkdirilib.

Paylaş:
539

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər