Ölkədə uşaq ədəbiyyatının vəziyyəti - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə uşaq ədəbiyyatının vəziyyəti - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VİDEO

09:52 - 24 / 02 / 2023
Ölkədə uşaq ədəbiyyatının vəziyyəti - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VİDEO

Sovet hökuməti dövründə “Azərbaycan pioneri” qəzetini, “Göyərçin” və “Pioner” jurnallarını mütaliə edir, bu nəşrlərin təsiri altında formalaşırdıq.

Lakin keçid dövrünün başlaması, o cümlədən əlifba dəyişikliyinin baş verməsi nəticəsində uşaq nəşrləri sahəsində uzunmüddətli boşluq yarandı. Yalnız ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra mənzərə dəyişdi. Rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən uşaq nəşrləri fəaliyyətə başladı.

Üç cilddə “Azərbaycan uşaq ədəbiyyatı antologiyası” nəşr olunub istifadəyə verildi. Bu cildlərdə uşaq ədəbiyyatının yaranma, təşəkkül tarixi, təcrübəsi və çağdaşlığı müəyyən qədər əksini tapıb. Şeir, nəsr, dramaturgiya, həmçinin ədəbi tənqid bölmələrinin yer aldığı antologiyada çağdaş yazarların əsərləri ilə tanış olmaq imkanımız oldu və buradakı mətnlərdə uşaq psixologiyasının, dil amilinin, düşüncə aydınlığının nəzərə alınma səviyyəsi qaneedici təsir bağışlayır.

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yüksəliş" müsabiqəsinin məqsədi və perspektivləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rafiq Yusifoğlu - “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor, Sevinc Nuruqızı - uşaq yazıçısı, Nigar Köçərli - “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi, Sultan Abbasbəyli - rejissor, animator və Solmaz Amanova – "İrs" mədəniyyət mərkəzinin müdiri, uşaq yazıçısı, professor, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər