Sabirabadda mikroavtobusla yük maşını toqquşub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda mikroavtobusla yük maşını toqquşub - FOTO

10:39 - 24 / 02 / 2023
Sabirabadda mikroavtobusla yük maşını toqquşub - FOTO

Bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər