FHN Gəncədə qanunsuz tikintinin qarşısını alıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Gəncədə qanunsuz tikintinin qarşısını alıb - VİDEO

12:58 - 25 / 02 / 2023
FHN Gəncədə qanunsuz tikintinin qarşısını alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin numayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər