Nigar Camalın maşınına hücüm edən şəxs paylaşım etdi - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Nigar Camalın maşınına hücüm edən şəxs paylaşım etdi - VİDEO

14:59 - 27 / 02 / 2023
Nigar Camalın maşınına hücüm edən şəxs paylaşım etdi - VİDEO

Xəbər verildiyi kimi, küçədə bir şəxs müğənni Nigar Camala hücum edib.

1news.az axşam.az-a istinadən xəbər verir ki, həmin şəxs videoaçıqlama yayaraq, baş verənlərdən bəhs edib. O bildirib ki, Nigar onun ünvanına nalayiq sözlər işlədib:

"Sosial şəbəkədə Nigar Camal tərəfindən videom yayılıb. Uzun müddət dövlətə xidmət etmişəm. Qadına, kişiyə necə hörmət edilməlidir gözəl bilirəm. Həmin xanım siqnal verdi, pəncərəni endirdim ki, nə olub? Nalayiq ifadələr işlətdi. Onu mən dilimə gətirmək istəmirəm. Yaxınlaşdım ona, gördüm video çəkir. Bildim ki, paylaşacaq. Qarşısını kəsdim, pəncərəsini döydüm ki, nə olub, niyə video çəkirsən? Deyirəm, qadındır, çıxıb getsin, amma maşınımı videoya niyə çəkirsən? Soruşanda isə sürüb qaçdı. Mən də əlimi güzgüsünə atdım, əsəblə. Güzgüsü sındı. İndi heç kim demir, niyə maşından düşdü, güzgünü vurdu. Söhbətin içini bilmədən danışırsınız".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev axşam.az-a açıqlamasında həmin şəxsin saxlanıldığını bildirib. "Barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək" deyə, N.Əliyev əlavə edib.

Qeyd edək ki, N.Camal video paylaşaraq bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib. Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.

Paylaş:
1113

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər