“Hazırda 800-dən çox məktəb qəzalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hazırda 800-dən çox məktəb qəzalıdır”

16:30 - 27 / 02 / 2023
“Hazırda 800-dən çox məktəb qəzalıdır”

“Hazırda 800-dən çox məktəb qəzalıdır. Bunları eyni ildə təmir etmək mümkün deyil”.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu, mərhələli şəkildə aparılır:

“Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər düzəldilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir”.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər